RUSİYA

Çavuşoğlu Lavrovun rəyini öyrəndi

Bundan öncə Çavuşoğlu ilə Lavrov telefonla Suriyanın İdlib vilayətində və Liviyada olan durumu müzakirə ediblər
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Heç vaxt fikirləşməzdim ki, onlar bu cür qərar verə bilərlər - Lavrov

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onlar Suriyadakı sülh prosesini və Liviyadakı vəziyyətin sabitləşdirilməsi məsələsini müzakirə ediblər.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

"Xarici işlər nazirliklərinin rəhbərləri Suriya Ərəb Respublikasında sülh prosesini, eyni zamanda da bu ölkənin əhalisinə humanitar yardım göstərilməsi problemini, həmçinin Liviyadakı şəraitin stabilləşdirilməsi istiqamətində iki ölkənin qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər", - Rusiya XİN-dən veriən açıqlamada deyilir.

Bundan öncə Çavuşoğlu ilə Lavrov telefonla Suriyanın İdlib vilayətində və Liviyada olan durumu müzakirə ediblər.