SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Abşeronda yüksək seçici fəallığı müşahidə olunur

"Prosesi 15 yerli müşahidəçi izləyir. İndiyədək seçicilərdən və müşahidəçilərdən seçki ilə bağlı hər hansı şikayət daxil olmayıb"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Azərbaycanda keçirilən bələdiyyə seçkisi davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, 45 saylı Abşeron Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə prosesində aktivlik müşahidə olunur. Məntəqə sədri İkram Manafov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeydiyyatda 1390 seçici var: "Səsvermə prosesində şəffaflıq tam təmin olunub. Prosesi 15 yerli müşahidəçi izləyir. İndiyədək seçicilərdən və müşahidəçilərdən seçki ilə bağlı hər hansı şikayət daxil olmayıb. Məntəqədə seçici aktivliyi müşahidə olunur".

Abşeronda yüksək seçici fəallığı müşahidə olunur

Məntəqədə seçki prosesini izləyən yerli müşahidəçi Aysel Eyvazova da Sputnik Azərbaycan-a açıqlamasında səsvermə prosesində aktivlik müşahidə olunduğunu söyləyib. Müşahidəçi bildirib ki, məntəqə açılandan seçki prosesini izləyir: "Biz məntəqə açılandan burada müşahidə aparırıq. Səsvermə prosesi şəffaf şəkildə keçirilir. Bizə seçicilərdən heç bir şikayət daxil olmayıb. Məntəqədə seçicilər yüksək aktivlik nümayiş etdirirlər".