İQTİSADİYYAT

Gələn ilin büdcəsində prioritet istiqamətlər hansılardır – Vahid Əhmədov danışır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, dövlət büdcəsinin təxminən 39,5 faizi sosial yönümlü layihələr, 35 faizə yaxını investisiya layihələri üçün nəzərdə tutulub
Sputnik

Prezident İlham Əliyev Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləyib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sputnik Azərbaycan-a deyir ki, 2020-ci ilin büdcəsində kifayət qədər artım var və normal büdcədir:

“Gələnilki büdcədə əsasən sosial yönümlü layihələrə üstünlük verilib. Dövlət büdcəsinin təxminən 39,5 faizini sosial yönümlü layihələr, o cümlədən 35 faizə yaxını investisiya layihələri üçün nəzərdə tutulub. Gələn il üçün qeyri-neft sektorunun inkişafında 10 faizlik artım planlaşdırılıb”.

Vahid Əhmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz