İQTİSADİYYAT

Bəzi preparatlar gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Azərbaycana idxal edilən tərkibində kütlə payı 80 faiz və daha çox olan titan-dioksid əsasında piqmentlər və preparatlar iki il müddətinə gömrük rüsumundan azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Qərar gələn il yanvarın 19-da qüvvəyə minir.