BAKI, 22 dekabr — Sputnik. Rusiyanın Zelenoqrad şəhərində 13 yaşlı məktəbli qız tanışından aldığı həbi atandan sonra ölüb.
Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, hadisə dekabrın 20-də baş verib. Gəzinti zamanı qızın başı ağrıyıb.
Yeddinci sinif şagirdi xəstəxanada ürək çatışmazlığından ölüb. Versiyalardan birinə görə, qız anadangəlmə ürək çatışmazlığından əziyyət çəkdiyindən dərman onun ürəyinin fəaliyyətində pozuntu yaradıb. Başqa versiyaya görə isə hələlik qızın tanışından məhz hansı dərmanı aldığı bəlli deyil, mümkündür ki, o, qadağan edilmiş preparat olsun. Ölən qızın qonşuları jurnalistlərə bildiriblər ki, onun oxuduğu məktəbdəki bəzi uşaqlar miqrantlardan aldıqları snyus adlı dərmandan istifadə edirlər. Qızın ölümü ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır.