Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 21 dekabr — Sputnik. Avtobuslar üçün xüsusi hərəkət zolağı olan "BusLine"-ın sayı artırılacaq. Sputnik Azərbaycan-a bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məlumat verib.
O bildirib ki, bu istiqamətdə BNA tərəfindən aidiyyəti qurumlarla danışıqlar aparır: ""BusLine"-ların təyinatı üzrə fəaliyyət göstərməsi və bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi istiqamətində aidiyyəti qurumlarla işlər aparılır. Hazırda BNA-nın təklifi ilə Babək prospekti Yusif Səfərov və Füzuli küçəsində "BusLine"-lar təşkil olunub. Lakin təəssüf ki, hələ də bu xətlər yaxşı şəkildə çalışmır".
O, həmçinin qeyd edib ki, "BusLine"-ın təşkilində başlıca məqsəd insanları daha çox ictimai nəqliyyatdan istifadəyə cəlb etməkdir.