İDMAN

Millimizin üzvü Rusiyada evləndi - FOTO

24 yaşlı yarımmüdafiəçi toy mərasiminə görə komandasına ölkə kubokunun 1/4 finalında "Neftçi"yə qarşı matçda kömək edə bilməyib
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Aleksey İsayev ailə həyatı qurub. Sputnik Azərbaycan xəbər verir ki, o, Katya adlı xanımla evlənib.

Cütlüyün nikah mərasimi Rusiyada baş tutub. 24 yaşlı yarımmüdafiəçi toy mərasiminə görə komandasına ölkə kubokunun 1/4 finalında "Neftçi"yə qarşı matçda kömək edə bilməyib.

Qeyd edək ki, subaylığın daşını atan Aleksey İsayev 1995-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində doğulub. Sankt Peterburqun "Zenit" futbol klubunda çıxış edib.