BAKI, 19 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının impiçmentlə bağlı qərarını Demokrat Partiyasının özünə siyasi sui-qəsd etməsi kimi dəyərləndirib.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
"Siz mənim reytiniqimi görmüsünüz? Onlar mənə ilk gündən impiçment elan etmək istəyiblər. Onlar bunu mən mübarizəyə başladığım ilk gündən etməyə çalışıblar. Bu, qanunsuz və qərəzli impiçment Demokrat Partiyasının siyasi intiharıdır", - deyə Miçiqan ştatatında keçirilən mitinqdə öz reytinqinə istinad edərək bildirib.
Qeyd edək ki, son rəy sorğularına əsasən, Donald Trampın reytinqi oktyabrda 38%-dən 43%-ə yüksəlib.
Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası səsvermə nəticəsində prezident Donald Trampa qarşı ittihamın ilk maddəsini impiçment prosedurunun bir hissəsi kimi təsdiqləyib.
230 millət vəkili Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırmağın lehinə səs verib, 197 konqresmen buna qarşı çıxıb, bir nəfər bitərəf qalıb.
ABŞ Nümayəndələr Palatası ölkə prezidentinə qarşı ittihamın ikinci maddəsini də təsdiqləyib. 229 millət vəkili dövlət başçısının Konqresin istintaqına maneə yaratmaqda ittiham etməsi ilə bağlı da səs verib, 198 konqresmen buna qarşı çıxıb, biri bitərəf qalıb.
Bundan sonrakı ittiham aktı məhkəməyə veriləcək, burada prosedur məhkəməyə çevriləcək. Buna ABŞ Ali Məhkəməsinin sədri rəhbərlik edəcək. Nümayəndələr Palatası belə bir prosesdə əslində ittiham tərəfi kimi çıxış edir və senatorlar münsiflər heyətinin funksiyalarını yerinə yetirirlər.