RUSİYA

Rusiyalı jurnalist Sputnik haqqında: Estoniya hakimiyyəti "gözətçi iti" rolunu oynayır

"Danışır Moskva" radiostansiyasının baş direktoru Vladimir Mamontov Estoniya hakimiyyətinin Sputnik Estoniya agentliyinə qarşı münasibətini şərh edib.
Sputnik

BAKI, 19 dekabr — Sputnik, Lev Rıjkov. "Estoniyanın bir çox vətəndaşı Sputnik-i olduqca üfunətli bir məlumat atmosferində nəfəslik kimi görür." Sputnik Azərbaycan xəbər verir ki, bunu "Danışır Moskva" radiostansiyasının baş direktoru Vladimir Mamontov Estoniya hakimiyyətinin Sputnik Estoniya agentliyinə qarşı münasibətini şərh edərkən deyib.

Elə bir təəssürat yaranır ki, Sputnik-in mövqeyi, sağlam düşüncəsi, həqiqəti əks etdirən materialları "Avropa demokratiyası" rejimi üçün ciddi bir təhlükə yaradır", - Mamontov deyib.

Sputnik Estoniya-nın əməkdaşları cinayət məsuliyyətinə cəlb edilməklə hədələnirlər

O, qeyd edib ki, Rusiya mediası zaman-zaman Avropa ölkələrində problemlər yaşayır, ancaq Estoniya dövlətin tərəfində olmayan nəşrlərə böhtan atmaq və onları təqib etmək işində hər kəsi üstələyib.

"Gənc "Avropa demokratiyası" ölkələrinin rəhbərlikləri öz üzərilərinə gözətçi it rolunu götürüblər. Bu itlər digər iri itlərdən daha bərk hürəcəklər və ilk imkanda "Rusiya təhlükəsi" və ya "qırmızı təhlükə" barədə danışacaqlar. Və gördüyümüz kimi, onlar heç bir şeydən çəkinmirlər", - Mamontov əlavə edib.

Jurnalistin fikrincə, Estoniyanın Daxili İşlər naziri Mart Helmenin Finlandiyanın yeni Baş naziri Sanna Marinin ünvanına bu yaxınlarda səsləndirdiyi fikirlər Sputnik-ə edilən təzyiqlə eyni cərgədə durur.