BAKI, 18 dekabr — Sputnik. "İmtahan modellərinin dəyişdirilməsi, yeni imtahan modellərinin təqdim olunmasını normal qarşılamalıyıq. Bu işdə Sosial Tədqiqatlar Mərkəzinin gördüyü işləri dəyərləndirməliyik. Yeni imtahan modelinin tətbiqi, yəni buraxılış imtahanlarının növbəti təhsil pilləsinə təsiri çox önəmlidir. İmtahan modeli və bu istiqamətdə olan dəyişikliklər haqda danışarkən ümumilikdə təhsil sistemində olan dəyişikliklərə nəzər yetirməliyik".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov Sosial Tədqiqatlar Mərkəzinin “Yeni imtahan modeli: islahatlar, nəticələr, gözləntilər” hesabatının təqdimatında deyib.
Nazir fənn olimpiadalarının qalibləri üçün qanunvericiliyə edilən dəyişikliklərlə yeni imkanların yaradıldığını bildirib.
O, beynəlxalq qiymətləndirmədə Azərbaycanın yerinin bir qədər yüksəkdə göstərilməməsinin bu cür qiymətləndirmələrdə iştirak etməmək üçün əsas ola bilmədiyini vurğulayıb.