MƏDƏNİYYƏT

Azərbaycanlı modelyer qızıl medal aldı

Avropa Nəşrlər Evinin komissiyası dizayneri Azərbaycan milli geyimlərinin qorunub-saxlanılması və inkişafına görə təltif edib
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Azərbaycan Milli Geyim Mərkəzi və Modalar evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova qızıl medal və "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu ilə təltif olunub.

G.Xəlilovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Avropa Nəşrlər Evinin komissiyası dizayneri Azərbaycan milli geyimlərinin qorunub-saxlanılması və inkişafına, milli-mənəvi dəyərlərin təbliğatına, aktiv ictimai fəaliyyətinə, gənclərə vətənpərvərlik ruhu aşıladığına görə təltif edib. 

Mükafatı Avropa Nəşrlər Evinin nümayəndəsi Sahilə Mirzəqızı təqdim edib. 

Azərbaycanlı modelyer qızıl medal aldı

Müxtəlif illərdə bu mükafata Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Kübra Əliyeva və digərləri layiq görülüblər.