İQTİSADİYYAT

Çindən gələn yüklər yeni marşrutla daşınacaq

Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanın iştirakı ilə Özbəkistanda yeni dəmir yolu marşrutunun açılmasının müzakirəsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. C.Qurbanov deyib ki, dekabr ayının 18-də Özbəkistanın paytaxtı Daşkənddə görüş olacaq: "Keçiriləcək görüşdə Türkmənistan, Gürcüstan, Azərbaycan, Özbəkistan, Qırğızıstanın dəmir yolları iştirak edəcək. Çindən gələn yüklərin daşınmasında bu yeni marşrut xətti ola bilər".