İDMAN

Millinin başına o gətirilir – İddia

Yığma komandaya baş məşqçi axtarışını davam etdirən Azərbaycan millisinin rəhbərliyinin yaxın günlərdə baş məşqçi ilə görüşəcəyi gözlənilir.
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Ötən həftə AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçlə müqavilə dayandırılıb. AFFA eyni zamanda milli komandaya yeni baş məşqçi axtarışına başlamaq haqda da qərar verib.

Sputnik Azərbaycan Türkiyənin “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan Milli Yığma komandası Yurçeviçlə yollarını ayırdıqdan sonra Engin Fıratla danışıqlara başlayıb. Moldova yığmasına rəhbərlik edən E.Fırat Fransa və İslandiya yığmalaraına qarşı keçirdiyi oyunlarla Avropanın diqqətini cəlb edə bilib. Moldova Futbol Federasiyası sözügedən mütəxəssislə müqavilənin vaxtını hələ də uzada bilməyib.

İddiaya görə, yığma komandaya baş məşqçi axtarışını davam etdirən Azərbaycan millisinin rəhbərliyinin yaxın günlərdə baş məşqçi ilə görüşəcəyi gözlənilir.