CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramin Musayevdən Premyer Liqa ilə bağlı mühüm açıqlama

"Bol idman" verilişində qonaq olan Musayev Gəncənin "Kəpəz" komandası və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib
Sputnik

BAKI, 17 dekabr — Sputnik. 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.

İTV-də yayımlanan "Bol idman" verilişində qonaq olan Musayev Gəncənin "Kəpəz" komandası və "Turan Tovuz"un yenidən elitaya qayıdacağını bildirib: "Gələn mövsümdən Premyer Liqada 10 komanda olacaq. "Kəpəz"lə "Turan Tovuz" elitada çıxış edəcək".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə Premyer Liqanın 2016/2017 mövsümündən etibarən ölkə çempionatı 8 komandanın iştirakı ilə keçirilir.