RUSİYA

Putinin İsrailə səfəri hazırlanır

Rusiya prezidentinin İsraildə amerikalı həmkarı ilə görüşünün planlaşdırılması ilə bağlı sualı cavablandıran Peskov əlavə edib ki, Rusiya tərəfində həmin vaxt ABŞ prezidentinin İsraildə olacağına dair məlumat yoxdur
Sputnik

BAKI, 16 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin İsrailə səfəri hazırlanır.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Doğrudan da Rusiya prezidentinin səfəri (İsrailə - red.) hazırlanır", - deyə Peskov vurğulayıb.

Rusiya prezidentinin İsraildə amerikalı həmkarı ilə görüşünün planlaşdırılması ilə bağlı sualı cavablandıran Peskov əlavə edib ki, Rusiya tərəfində həmin vaxt ABŞ prezidentinin İsraildə olacağına dair məlumat yoxdur.