İDMAN

Çempionlar Liqasının püşkü atıldı

"Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub. Turun ən maraqlı qarşılaşması "Çelsi" və "Bavariya" arasında baş tutacaq oyundur
Sputnik

BAKI, 16 dekabr — Sputnik. Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Sputnik Azərbaycan xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə komandalar rəqiblərini tanıyıb.

Turnirin son qalibi "Liverpul" Madridin "Atletiko" klubu ilə qarşılaşacaq. "Real" "Mançester Siti"yə, "Barselona" isə "Napoli"yə rəqib olub. Turun ən maraqlı qarşılaşması "Çelsi" və "Bavariya" arasında baş tutacaq oyundur.

Çempionlar Liqası: Kimlər davam, kimlər tamam

Çempionlar Liqası

1/8 final

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Lion" (Fransa) - "Yuventus" (İtaliya)

"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.