Qatar avtomobil ilə toqquşub, ölənlər var

Qəzaya səbəb güclü duman olub. Yük qatarı avtomobili təxminən 400 metr sürüklədikdən sonra dayana bilib
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Türkiyənin Qars vilayətində yük qatarı avtomobil ilə toqquşub.

Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, Qars vilayətinin Səlim rayonunda baş verən hadisə nəticəsində avtomobildə olan 3 nəfər həyatını itirib. Ölənlər xəstəxananın morquna aparılıb.

Qəzaya səbəb güclü duman olub. Yük qatarı avtomobili təxminən 400 metr sürüklədikdən sonra dayana bilib.