İQTİSADİYYAT

Professor: “Rusiya iqtisadi əlaqələr strateji maraqlarımıza tam cavab verir”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, yaxın gələcəkdə uzunmüddətli xairic iqtisadi əlaqələrimizin istiqaməti Rusiya bazarı və Avrasiya ilə əlaqəli olmalıdır
Sputnik

“Azərbaycanla Rusiya arasındakı münasibətlər möhkəm iqtisadi bünövrəyə malikdir”. Bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 18-ci iclasında Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin intensivləşməsi hər iki ölkənin strateji maraqlarına tam olaraq cavab verir: “Yaxın gələcəkdə uzunmüddətli xairic iqtisadi əlaqələrimizin istiqaməti Rusiya bazarı və Avrasiya ilə əlaqəli olmalıdır. Son təcrübələr nümayiş etdirdi ki, post-sovet məkanında inteqrasiya prosesi olmadan dayanıqlı iqtisadi inkişaf təmin etmək mümkün deyil. İndi dünya iqtisadiyyatında tam yeni era başlayıb”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz