Vaşinqtondan Ankaraya tərs sillə - Bunu Türkiyə heç gözləmirdi

"ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir"
Sputnik

BAKI, 13 dekabr — Sputnik. ABŞ Senatı 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq xarakterizə edən qətnaməni yekdilliklə qəbul edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

"Sağlam fikir tükənib": ABŞ Senatı Rusiyanı "terrorizmin sponsoru" kimi görür"

Qətnamə daha əvvəl Nümayəndələr Palatasında 11 səsə qarşı 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilmişdi.

Qərarın qəbul olunmasından Türkiyə Xarici İşlər Nazirliyinin bəyanat yayaraq bu qətnamənin hüquqi cəhətdən əsassız olduğunu bildirib: "ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış sarsıdıcı cəhddir", - bəyanatda deyilir.

Türkiyə XİN-in yaydığı məlumatda bildirilir ki, tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar: "Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək".