CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni qatarlar nə vaxt xəttə buraxılacaq - Natəvan Bayramova danışır

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova deyir ki, yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır
Sputnik

“İsveçrənin “Stadler” şirkətindən alınan 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova deyib.

O bildirib ki, yeni qatarlar Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək: “Qatarlar tezliklə xəttə buraxılacaq. Yeni qatarlarda 371 oturacaq var və bununla da "Stadler"dən alınan qatarların sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb yaranan sərnişin sıxlığıdır”.

Natəvan Bayramovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz