İDMAN

İdman şərhçisi WADA-nın qərarları barədə: dünyada idmanın inkişafını ləngidəcək

İdman şərhçisi Sənan Şəfizadə deyir ki, WADA-nın qərarları qərarlar idmanı siyasiləşmiş bir sahəyə çevirir
Sputnik

WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə informasiya dərc edib. Qurumun yaydığı hesabatda 45 belə idmançının 4 növü təmsil etdiyi açıqlanıb. Onlardan 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, hərəyə 1-i güləşçi və kanoçidir.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, WADA-nın qərarı idmançıların gələcək karyeralarına zərbə endirir: “Düşünürəm ki, rusiyalı idmançılar bu qərardan sonra beynəlxalq yarışlarda çıxış etməkdən imtina edəcəklər. Son 3-4 il ərzində WADA-nın verdiyi qərarlar dünyada idmanın inkişafını ləngidir, idmançıları hörmətdən salır. WADA-nın qərarları təəccüblüdür. Ya bu agentlik işini görə bilmir, ya da sifarişli qərarlar çıxarır. Bu qərarlar idmanı siyasiləşmiş bir sahəyə çevirir”.

Qeyd edək ki, dekabrın 9-da Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıldığı bəyan olunub. Səbəb kimi Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz