SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları açıqlandı

Şəfiyevin sözlərinə görə, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 dekabr - Sputnik. Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənəd 400 səhifədən ibarətdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev mətbuat konfransında bildirib.

Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədin bəzi detalları açıqlandı

Onun sözlərinə görə, sazişin siyasi aspektləri sırasında Dağlıq Qarabağ münaqişəsi önəmli yer tutur.

BMTM sədri vurğulayıb ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəstəklənir.

Fərid Şəfiyev qeyd edib ki, sənəddə geosiyasi məsələlər də öz əksini tapıb.

O, həmçinin söyləyib ki, sənəddə humanitar məsələlər də həllini tapıb: "Avropa Birliyi də Azərbaycanla bu sazişin tezliklə imzalanmasını arzulayır".