Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 dekabr — Sputnik. Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün dərsə başlayıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov məlumat verib.
O bildirib ki, zəhərlənən tələbələrin səhhəti normallaşıb. Onlar həkim razılığı ilə yenidən təhsillərini davam etdirirlər.
Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.