HADİSƏ

Bakıda sürücünü döyüb, avtobusun şüşəsini sındırdılar

“Mercedes” və “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüləri arasında yol üstündə mübahisə baş verib
Sputnik

BAKI, 10 dekabr — Sputnik. Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

Bakıda sürücü lal piyadanı vurdu, sonra isə...

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini isə təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.