RUSİYA

Səudiyyə Ərəbistanı və Rusiya neft ekspertlərini məyus etdilər

Gələn il Vyanada görüşəcək Səudiyyə və Rusiya enerji nazirlərinin simalarında çox güman ki, təbəssüm üçün əlavə səbəblər olacaq.
Sputnik

İvan Danilov, ekspert 

BAKI, 9 dekabr - Sputnik. "Neft ittifaqı"nın Vyanadakı OPEC+ iclasından əvvəl, Rusiyada hər şeyin pis olduğu və daha da pis olacağı tezisinin tərəfdarları bir az ümidli idilər. Bu ümidlər Fars körfəzi ölkələrində – ilk növbədə Səudiyyə Ərəbistanında – baş vermiş daxili siyasi, geosiyasi və maliyyə dəyişiklikləri nəticəsində ittifaqın neft bazarına artıq təsir edə bilməyəcəyi ilə əlaqələndirildi.

Cəbiş müəllim: Neft Daşları -70 il

Bu ümidləri dəstəkləmək üçün bir neçə faktor arqument kimi göstərilirdi. Rusiyanın Qərb əleyhdarları bu arqumentlərdən bəzilərinə açıq şəkildə, digərlərinə isə gizli işarə edirdilər.

Birincisi Qərb mediası çoxsaylı maliyyə analitikləri ilə birlikdə aktiv şəkildə iddia edirdi ki, Səudiyyə dövlət neft şirkəti "Saudi Aramco"nun səhmlərinin İlkin Kütləvi Təklifinin (IPO) baş tutmasından sonra, Ər-Riyadın guya OPEC+ ittifaqındakı həmkarlarına, o cümlədən Rusiyaya xəyanət etməsi üçün ciddi bir stimul yaranacaq. Səudiyyə Ərəbistanın bunu öz neft hasilatını artırmaq, şirkətin səhmlərinin dəyərinin və müvafiq olaraq onun bazar kapitallaşmasının artımını təmin etmək məqsədilə edəcəyi düşünülürdü.

Bu cür mülahizəyə tipik nümunə kimi "Bloomberg" nəşrinin "Birjada "Aramco"nun səhmlərinin yerləşdirilməsi Səudiyyə Ərəbistanına daha çox neft hasil etməyə stimul verir" adlı məqaləsindən aşağıdakı sitatı göstərmək olar:

Azərbaycanlı nazir neftin qiymətini stabilləşdirməyə getdi

"Səudiyyə Ərəbistanı üçün hər hansı bir ikinci səhm satışının cəlbediciliyini artırmağın ən yaxşı yolu gəlir və mənfəəti artırmaqdır. Bu, çox güman ki, neft hasilatının artırılması deməkdir... "Saudi Aramco"nun nəhayət ki, birjada əməliyyatlara başlamasından sonra, o, publik şirkət kimi fəaliyyət göstərməli olacaq. Bu isə o deməkdir ki, dövlət neft nəhənginin səhmlərinin qiyməti menecerlər və səhmdarlar üçün əsas amil olacaq. İndi isə, səhm qiymətinə və pul axınının optimallaşdırılmasına (əsas diqqətin yetirildiyi bir vaxtda), monarxiya gələcəkdə səhm satışından pul qazana biləcək, "Aramco"nun isə qısa müddətdə gəlirlərini və mənfəətini artırmağa əsasları olacaq. Bunu etməyin ən yaxşı yolu neft hasilatını artırmaqdır".

Vəziyyətə kinayə ilə baxsaq və amerikalı jurnalistlər haqqında pis düşünsək, onları toksik stereotiplər yaratmaqda günahlandırmaq olar. Səudiyyə rəhbərliyini uzunmüddətli qazanc perspektivləri əvəzinə maliyyə nəticələrinin qısamüddətli yaxşılaşmasını (bu da çox güman ki, baş verməyəcək) üstün tutacaq qədər səriştəsiz görmək istəyi yalnız bununla izah edilə bilər. Xatırladaq ki, bundan əvvəl də iqtisadi cəhətdən səmərəsiz şist neftini sıxışdırmaq üçün "bazarı ucuz neftlə doldurmaq" cəhdi edilib və nəticə Ər-Riyadın elə də xoşuna gəlməyib.

Qonşumuz nəhəng neft yatağı aşkarladı

Diqqət etməli başqa bir vacib məqam da var. "Aramco" səhmlərini London və ya Nyu-York birjalarında yerləşdirmək istəyirdi, ancaq sanksiya və Səudiyyə səhmlərinə həbs qoyulma riskləri, ABŞ qanunvericiləri tərəfindən anti-Səudiyyə qanunvericilik təşəbbüsləri ("NOPEC" aktı) və digər siyasi çətinliklər qiymətli kağızların Səudiyyə birjasında yerləşdirilməsinə səbəb oldu. Prosesdə əsasən yerli vətəndaşlar, eləcə də Fars körfəzi və Cənub-Şərqi Asiyadan olan investisiya fondları iştirak edib. Amerikalı və britaniyalı sərmayədarlar isə qıraqda qalıblar, Qərb mediası isə "yaşıl dəlilik" və iqlimi qorumaq uğrunda mübarizənin təsiri ilə aktiv şəkildə (birbaşa olmasa da) Qərb pullarının Səudiyyə şirkətinə getməməsinə çalışıblar. Bunun fonunda Ər-Riyadın "OPEC + Rusiya" neft ittifaqının gələcək fəaliyyəti çərçivəsində düşmənlərinin məntiqinə əsaslanması qəribə olardı.

İkincisi, OPEC+ ittifaqının fəaliyyətində diplomatik nöqsanların, qalmaqalların və çətinliklərin ortaya çıxmasına ümid var idi. Bu onunla bağlı idi ki, Səudiyyə Ərəbistanında neft və Rusiya ilə danışıqlara cavabdeh olan nazir əvəz olunmuşdu. Rusiyaya tərəfdaş olan hər bir ölkədə baş verən siyasi dəyişikliklər isə hər zaman Qərbdəki ekspertlərin və jurnalistlərin müəyyən bir hissəsinə ümid verir: "Ura! Yeni rəhbərlər nəhayət görəcəklər ki, Rusiya ilə dost olmaq və əməkdaşlıq etmək lazım deyil". Əslində isə tərsinə alınır ki, bu da Rusiyanın "ölməsi", iqtisadiyyatının "parça-parça olması" və onun özünün "diplomatik izolyasiyada" olması haqqında "informasiya qabarcığı"nda yaşamağa öyrəşmiş insanları çox təəccübləndirir və kədərləndirir.

Baha başa gəldi: Rusiya əleyhinə sanksiyalardan Almaniya itirir

Nüfuzlu "The Wall Street Journal" nəşri mənbələrinin Vyanadakı görüşdə Rusiya-Səudiyyə Ərəbistanı dialoqunun necə baş tutduğuna dair təəssüratlarından yazır: "Ertəsi gün şahzadə Əbdüləziz ibn Salman OPEC-ə daxil olmayan 10 ölkədən olan istehsalçılar ilə görüşü dayandırdı ki, Rusiyalı həmkarı Aleksandr Novak ilə ikitərəfli görüş keçirsin. OPEC-ın zalında olan mənbələrdən birinin dediyinə görə, bu iki rəsmi (Rusiya istehsalı olan qaz) kondensatının (ixtisar kvotasından) azad edilməsi və onun hasilatının Rusiya tərəfindən müstəqil şəkildə qiymətləndirilməsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırdılar. Onlar geri qayıdanda gülümsəyirdilər", - mənbə bildirib.

Danışıqların nəticələri birmənalı olaraq Rusiya üçün müsbət sayıla bilər. Neft ittifaqının hasilatı sutkada daha 500 min barel azaltmaq qərarı bir çox analitik üçün sürpriz oldu, lakin bu, məntiqli idi.

"Rusiyaya gəldikdə isə, bu rəqəmdən (OPEC+ ixtisarından – red.) hasilatın əlavə ixtisarı 70 min barel təşkil edəcək. Yəni birinci rüb üçün kvotamız (sutkada) 300 min barel olacaq", - Aleksandr Novak jurnalistlərə deyib.

Müqayisə üçün: Səudiyyə Ərəbistanı tərəfindən hasilatın könüllü (yəni mövcud paya əlavə) ixtisarı gündə 400 min bareldir.

Neftin bir barelini 20 dollar dəyərində görmək və Rusiyanın ixracat qazancı ilə bağlı yaşayacağı problemlərdən həzz almaq istəyənlərin son ümidi belə bir tezisə bağlı idi: "OPEC+ və Rusiyanın ixtisar edə biləcəyi hər şeyi Amerikanın şist şirkətləri hasil edəcək və onlar Rusiya və OPEC-in əlindən bazar payını alaraq neftin qiymətini çökdürəcəklər".

Neftin qiymətində enmələr nə vəd edir

Bir tərəfdən belə bir sual verə bilərik: əgər şist nefti belə yaxşıdırsa, nə səbəbdən şist şirkətləri bir-birinin ardınca iflas olurlar? ABŞ-ın səhm bazarının qalan hissəsinin böyüdüyü və rekord qırdığı bir vaxtda nə səbəbdən bu şirkətlərin səhm və istiqrazlarının qiymətləri aşağı düşür? Digər tərəfdən, sözü həmin şirkətlərin özlərinə verib və Texasda – "şist inqilabının" ürəyində yerləşən amerikalı şist şirkətlərinin rəhbərlərinin və səhmdarlarının dediklərinə qulaq asa bilərik.

Kanadanın maliyyə televiziya kanalı "BNN Bloomberg" xəbər verir ki, Texasın neft şirkətləri hazırda şist neftinin istehsalının ciddi zəiflədiyini deyirlər. Hasilatçılar maliyyə baxımından çətinliklərlə üzləşiblər, onların ehtiyatlarının səviyyəsi aşağı düşüb, şist şirkətlərinin səhm və istiqraz təkliflərinə maraq azalıb.

... Yekunlaşdıraq. Gələn il Vyanadakı OPEC+ qərargahında bir neçə dəfə görüşəcək Səudiyyə və Rusiya enerji nazirlərinin simalarında çox güman ki, təbəssüm üçün əlavə səbəblər olacaq. Elə Rusiya-Səudiyyə əməkdaşlığını istəməyənlərin də kədər və qəzəb üçün öz səbəbləri yaranacaq.