"Könhə qitə" sakinlərinin narkotikə nə qədər pul xərclədikləri məlum oldu

Avropa Birliyinin əhalisi bir il ərzində narkotik məhsullar almağa ən azı 30 milyard avro xərcləyir.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Narkotik və Narkomanlığa qarşı Avropa Monitorinq Mərkəzi (European Monitoring Centre for Drugs and Drug Addiction - EMCDDA) Europol ilə birlikdə Avropa Birliyi əhalisinin narkotik vasitələrin istifadəsinə dair hesabatını açıqlayıb. 

“Report” xəbər verir ki, sənədə əsasən, Avropa Birliyinə daxil olan ölkənin sakinləri bir il ərzində narkotik vasitə almaq üçün azı 30 milyard avro xərcləyirlər.

Sürücülər narkotiki sükan arxasında qəbul edir

İstehlakçı üstünlüklərindən danışarkən hesabat müəllifləri, Avropada marixuana və həşişə daha çox tələbatın olduğunu vurğulayıblar. Bu isə narkotiklərin qanuni və ya qanunsuz şəkildə satan şəxslərin bir il ərzində 11,6 milyard avro gəlir əldə etməsi deməkdir. Nəticə etibarı ilə 11,6 milyard avro qanuni və qanunsuz narkotik bazarının ümumi dövriyyəsinin 39% -ni təşkil edir. 

Tədqiqata görə, 15-64 yaş arasında təxminən 25 milyon Avropa vətəndaşı keçən il marixuana və həşiş istifadə edib.

Marixuana və həşişdən sonra, Avropada ən çox istehlak edilən narkotik vasitə kokaindir. Onun alışına Avropa əhalisi ildə 9,1 milyard avro xərcləyir. Bildirilib ki, hazırda qərb ölkələrində 4 milyon insan kokaindən istifadə edir. “Ağ ölüm”ün daha çox istifadə edildiyi ölkə Böyük Britaniyadır.

Üçüncü yerdə illik xərcləri 7.4 milyard avro təşkil edən heroin və tiryəkdir. 1,3 milyon avropalı bu narkotiklərin daimi istifadəçisidir.