İDMAN

Messi daha bir rekorda imza atıb

İndiyədək İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında heç bir futbolçu ardıcıl 14 mövsümdə bunu bacarmayıb.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. İspaniya “Barselona”sının futbolçusu Lionel Messi La Liqanın cari mövsümündəki qol sayını 12-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, argentinalı ardıcıl 14-cü mövsümdə çempionatda 10 və daha çox qol vurmağı bacarıb.

Bu, “Böyük beşlik”də ilkdir. İndiyədək İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransanın yüksək liqalarında heç bir futbolçu ardıcıl 14 mövsümdə bunu bacarmayıb.

Qeyd edək ki, argentinalı La Liqanın XVI turunun “Malyorka” ilə görüşündə (5:2) het-trikə imza ataraq qol sayını 12-yə yüksəldib.