HADİSƏ

Bərdədə faciə baş verdi, üç yaşlı uşaq həlak oldu

Bərdə rayonunda üç yaşlı uşaq dəm qazından boğularaq ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Bərdədə 3 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

APA-nın xəbərinə görə, hadisə Bərdə şəhər, Təbriz küçəsində qeydə alınıb.

Hüseyinli Ayşən Etibar qızı anası ilə vanna otağında qazdan zəhərlənib. Hadisə yerinə çağırılan həkimlər ananın - 1992-ci il təvəllüdlü Hüseynova Aynur Şahin qızının həyatını xilas etsələr də, 3 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.