BAKI, 7 dekabr — Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.
Sputnik Azərbaycan bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası sədri təyin edilib.
Xatırladaq ki, Ş.Mustafayev 2016-cı il yanvarın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə İqtisadiyyat naziri təyin edilmişdi, bu il oktyabrın 23-də isə müvafiq sərəncamla bu vəzifədən azad edilərək Baş Nazirin müavini vəzifəsini icra etməyə başlayıb.