BAKI, 7 dekabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Çinə qarşı növbəti çıxışı ilə yadda qalıb. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ lideri "Twitter" səhifəsində mesaj yazaraq Dünya Bankını Çinə kredit verməməyə çağırıb.
O vurğulayıb ki, Çinə pul çatmayanda onlar bu vəsaiti yaradırlar.
"Dünya Bankı Çinə niyə kredit verir? Bu necə mümkün olur? Çinin kifayət qədər pulu var və əgər onlarda bu vəsait yoxdursa, onda onlar bunu yaradırlar. STOP!" - deyə Tramp vurğulayıb.