İDMAN

Məhəmmədrəsul Məcidovdan möhtəşəm qələbə - VİDEO

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Azərbaycanın peşəkar boksçusu Məhəmmədrəsul Məcidov ikinci döyüşünü keçirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib.

Superağır çəkidəki döyüş Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində keçirilib. İlk qarşılaşmasında amerikalı Ed Fonteynə nokautla qalib gələn boksçumuz bu dəfə də erkən qələbə qazanıb.

33 yaşlı M.Məcidov 8 raundluq döyüşü ikinci hissədə yekunlaşdırıb. 32 yaşlı böyük britaniyalı texniki nokauta düşdüyündən döyüş davam etdirilməyib.