“Azərbaycan Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İslahat icmalı” dövlət idarəetməsində aparılan islahatlara həsr olunan mətbuat konfrasında bildirib.
Onun sözlərinə görə, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib: “Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, Hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, Hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, Hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, Hökümətin uzunmüddətli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşıb. ASAN, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır”.
Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz