Fransızların davasında türk jurnalist xəsarət aldı - VİDEO

Polislərin atdığı qaz kapsulu jurnalistin üzündəki xüsusi maskanı deşib. Gözündən yaralanan müxbirə hadisə yerinə gələn tibb işçiləri yardım göstəriblər
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Türkiyənin "Anadolu" xəbər agentliyinin fotomüxbiri Mustafa Yalçın Parisdə etirazçılarla polisin qarşıdurması zamanı xəsarət alıb.

Sputnik Azərbaycan agentliyə istinadən bildirir ki, polislərin atdığı qaz kapsulu jurnalistin üzündəki xüsusi maskanı deşib. Gözündən yaralanan müxbirə hadisə yerinə gələn tibb işçiləri yardım göstəriblər. Hazırda  M.Yalçın xəstəxanada müalicə olunur.

​Bu gün yerli vaxtla 14:00-da Parisin Şərq vağzalı yaxınlığında pensiya islahatlarının əleyhdarları etiraz aksiyasına başlayıblar. Fransanın bir neçə həmkarlar ittifaqı aksiyada iştirak edir. Təhlükəsizliyi təmin etmək üçün Fransa paytaxtında altı minədək polis və jandarm küçəyə çıxarılıb.