BAKI, 6 dekabr — Sputnik. Türkiyənin "Anadolu" xəbər agentliyinin fotomüxbiri Mustafa Yalçın Parisdə etirazçılarla polisin qarşıdurması zamanı xəsarət alıb.
Sputnik Azərbaycan agentliyə istinadən bildirir ki, polislərin atdığı qaz kapsulu jurnalistin üzündəki xüsusi maskanı deşib. Gözündən yaralanan müxbirə hadisə yerinə gələn tibb işçiləri yardım göstəriblər. Hazırda M.Yalçın xəstəxanada müalicə olunur.
AA Foto Muhabiri Mustafa Yalçın, Paris'te şiddete dönüşen protestolarda polisin attığı gaz kapsülünün, taktığı gaz maskesini delmesiyle gözünden yaralandı https://t.co/irMUGb9CEV pic.twitter.com/wTk6OOX87n
— ANADOLU AJANSI (@anadoluajansi) December 5, 2019
Bu gün yerli vaxtla 14:00-da Parisin Şərq vağzalı yaxınlığında pensiya islahatlarının əleyhdarları etiraz aksiyasına başlayıblar. Fransanın bir neçə həmkarlar ittifaqı aksiyada iştirak edir. Təhlükəsizliyi təmin etmək üçün Fransa paytaxtında altı minədək polis və jandarm küçəyə çıxarılıb.