SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK yeni parlament üçün toplanacaq

İclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq
Sputnik

BAKI, 6 dekabr — Sputnik. Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Başlandı: Seçki sənədlərinizi təqdim edə bilərsiniz

Sputnik Azərbaycan-ın xəbərinə görə, iclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatları parlamentin buraxılması ilə bağlı ölkə prezidentinə müraciət ünvanlayıblar. Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.