İnsanlar üçün ən təhlükəli varlıqlar adamları birinci pillədən saldılar

İtlər 35 min ölümə səbəb olduqları üçün 4–cü yerdə qərar tutub. 99 faiz quduzluq halı onlarla bağlıdır. Akula və canavar isə ən sonuncu yerdə qərarlaşıblar. Onların qurbanları il ərzində 6-10 nəfər olur
Sputnik

BAKI, 6 dekabr — Sputnik. İnsanlar üçün ən çox yayılmış qorxular akula və hörümçəklərlə bağlıdır. Ancaq əslində onlar insan sağlamlığı üçün o qədər də təhlükəli deyil.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər illik ölüm halını hesablayaraq, həyat üçün təhlükəli olan varlıqların reytinqini tərtib edib.

Beləliklə, reytinqin ilk pilləsində zərərsiz görünüşlü ağcaqanad yer alıb. Bu həşəratlar malyariya, denge qızdırması, sarı qızdırma və başqa xəstəliklərin yayıcısıdır. Bu xəsrəliklərdən il ərzində 750 min insan ölür.

İkinci yerdə isə insanlar yer alıblar. Belə ki, hər il 440 min insan insan əli ilə ölür.

İyirmi beş yaşlı İman sonuncu idi, xərçəngə qurban getdi

Üçüncü yerdə isə ilanlar yer alıb. Belə ki, 12 ay ərzində bu səbəbdən 100 min insan ölüb. Ekspertlər isə hesab edirlər ki, əslində rəqəmlər daha yüksəkdir. Ancaq bəzi hadisələr az mədəniləşmiş ərazilərdə baş verdiyi üçün onlar çox zaman qeydə alınmır.

İtlər 35 min ölümə səbəb olduqları üçün 4–cü yerdə qərar tutub. 99 faiz quduzluq halı onlarla bağlıdır.

Reytinqdə 5-ci yerdə isə ilbizlər yer alıb. Əslində, onlar özləri zərərsizdir. Ancaq parazit qurdlar yayırlar. Bu zərərvericilər dəri altına daxil olaraq şistosomoz adlı təhlükəli xəstəliyə səbəb olur. Bu, xüsusilə Afrika, Asiya və Cənubi Amerikada yayılıb. İlbizlər hər il milyonlarla insanı xəstəliyə yoluxdurur, onlardan 20 mini ölür.

Bundan əlavə, ən təhlükəlilərin onluğuna sese milçəkləri, timsahlar, qansoran həşaratlar və s. daxil edilib.

Akula və canavar isə ən sonuncu yerdə qərarlaşıblar. Onların qurbanları isə il ərzində 6-10 nəfər olur.