BAKI, 4 dekabr — Sputnik. Leyla Abdullayeva, Sputnik Azərbaycan
Dünən axşam saatlarında səhhəti pisləşən və hətta ölüm xəbəri yayılan yəhudi əsilli millət vəkili Yevda Abramovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Bu barədə Sputnik Azərbaycan-a onun yaxın qohumları bildirib.
Ölüm xəbəri yayılan deputatdan yeni xəbər var
© © Milli Mejlis of the Azerbaijan Republic
71 yaşlı deputat Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Yaxınları bəzi saytların dəqiqləşdirilməmiş xəbər yazmalarından narahat olduqlarını və bunun etik olmadığını bildirərək, deputatın səhhəti ilə bağlı yoxlanılmamış xəbərləri yaymamağı xahiş edirlər.
Onu da qeyd edək ki, Yevda Abramov xərçəng xəstəliyindən əziyyət çəkir.