BAKI, 4 dekabr — Sputnik. İsmayıllıda ana olmağa hazırlaşan qadın dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın Reporta istinadla məlumatına görə, hadisə axşam saatlarında rayonun Talış kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü İbrahimova Nərminə Arif qızı yaşadığı evin hamam otağında çimərkən qəfildən halı pisləşib və yerə yıxılıb.
Ailə üzvləri onu halsız vəziyyətdə təcili tibbi yardım xidməti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
8 aylıq hamilə olan Nərminə İbrahimovanın ölümünün səbəbləri ilə bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.