İDMAN

Zidan israrlıdır - yeni ulduz olacaq

Klub rəhbərliyi isə bu transferə isti münasibət göstərmir. Belə ki, onlar Federiko Valverdenin komandaya yeni cəlb olunduğunu, Poqbanın isə eyni mövqedə oynamasını bildirərək transferdən boyun qaçırmağa çalışırlar.
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Zinəddin Zidan dediyindən dönmür.

Avropanın futbol çempionatı necə yaranıb

Sputnik Azərbaycan xəbər verir ki, "Real Madrid" klubunun baş məşqçisi fransalı futbolçu Pol Poqbanın transferi üçün rəhbərlik qarşısında məsələ qaldırıb. Oktyabr ayında məşqçi və futbolçu Dubayda bir araya gələrək transferin detallarını müzakirə ediblər. Bundan sonra Zidan qış transfer pəncərəsi açılan kimi sözügedən futbolçunu komandasına cəlb etməkdə israrlı olduğunu bildirib. Klub rəhbərliyi isə bu transferə isti münasibət göstərmir. Belə ki, onlar Federiko Valverdenin komandaya yeni cəlb olunduğunu, Poqbanın isə eyni mövqedə oynamasını bildirərək transferdən boyun qaçırmağa çalışırlar.

Qeyd edək ki, Zidan Madridin "Real" klubuna yenidən baş məşqçi təyin olunan zaman Poqbanın transferini şərt kimi irəli sürmüşdü. Ekspertlər Poqbanın kluba cəlb olunması üçün 120 milyon avroya başa gələcəyini bildirirlər. Futbolçu özü isə illik maaş kimi 16 milyon avro istədiyini açıqlayıb.