Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 3 dekabr – Sputnik. Rusiya və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu il Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Bundan əlavə, bu yaxınlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Moskvaya səfər edib. Ölkələr arasında ticarət dövriyyəsi artır. İlin əvvəlindən ölkələr arasında ticarət dövriyyəsi 2,5 milyard dollar olub. Bu ilin sonuna qədər bu rəqəmin 3 milyard dollar səviyyəsində olacağını gözləyirik", - deyə Məmmədyarov bildirib.