RUSİYA

"Ölü beyin"lə yubiley: Rusiya NATO-dakı fikir ayrılığından qalib çıxa biləcəkmi?

"Beyin ölümü keçirən" Şimali Atlantika Alyansının liderləri həyati problemləri həll etmək iqtidarında olmasalar da, müzakirə edirlər.
Sputnik

Sofiya Melniçuk, RİA Novosti

BAKI, 3 dekabr — Sputnik. Emmanuel Makronun ifadəsi ilə desək, "beyin ölümü keçirən" Şimali Atlantika Alyansının liderləri həyati problemləri müzakirə edirlər. NATO-nun 70 illiyinə həsr olunmuş sammitdə bayram ab-havasını qorumağın mümkün olub-olmadığını demək çətindir. Təzadlar o qədər üst-üstə yığılıb ki, tədbir hər ehtimala qarşı gözdən uzaq yerdə - Londonun mərkəzindən 30 kilometr aralıda keçirilir. Yubiley yasa çevrilməyəcək ki? RİA Novosti bunu nəzərdən keçirməyə çalışıb.

Rəsmi Moskvadan NATO-ya gözlənilməz təklif

Yeddinci onillikdə beyin ölümü

"Hartfordşir qraflığındakı mənzərəli kənd yerinin 300 akrlığında yerləşən The Grove kurortu - birinci sinif beşulduzlu istirahət": NATO ölkələri liderlərinin toplaşdığı Londonun mərkəzindən 28 km məsafədə yerləşən otel öz rəsmi səhifəsində belə reklam edilir.

Onun xidmətlərinə ən yaxşı spa kompleksləri, qolf meydançası və restoranlar daxildir. Lakin demək olar ki, əyləncəyə vaxt qalmayacaq - üst-üstə az problem yığılmayıb və artıq onları həll etməsələr də, heç olmasa, müzakirə etmək zəruridir.

"Avropa uçurumun kənarında dayanır", — deyən Fransa lideri Emmanuel Makron qeyd etmişdi ki, Avropa İttifaqının özünü yalnız iqtisadi deyil, həm də geosiyasi güc kimi qəbul etməsinin vaxtı gəlib çatıb, əks halda o, "öz taleyi üzərində nəzarəti itirə bilər".

O, həmçinin NATO nizamnaməsinin beşinci maddəsinə şübhə etdiyi bildirib. Həmin maddədə qeyd olunur ki, "Avropa və ya Şimali Amerikada bir və ya bir neçə müttəfiq ölkəyə silahlı hücum bütövlükdə bloka hücum kimi qiymətləndirilir". 70 il ərzində bu normadan cəmi bir dəfə istifadə ediblər - 2001-ci ildə ABŞ-a edilən terror hücumundan sonra.

Müttəfiqlər cəsarətlə Makrona etiraz etdilər: alyans hələ də canlıdır. Buna baxmayaraq, hər kəs kifayət qədər çətinliklərin olduğunu başa düşür.

Kəllə-mayallaq: Ekspert Rusiyanı niyə NATO üçün təhdid saydıqlarını izah edib

"Bu, yubiley sammitidir, lakin ciddi fikir ayrılıqlarını aradan qaldırmağa kömək etmir, əksinə, çox kəskin forma alır", - deyə RİA Novosti ilə söhbətində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Avropada Təhlükəsizlik şöbəsinin müdiri Dmitri Danilov bildirib.

Qaldırılan suallar fundamental cavablar tələb edir. Danilovun sözlərinə görə, NATO nazirlərinin bu yaxınlarda Brüsseldə keçirilən son iclasında Makronun açıqlamaları olduqca qeyri-dəqiq idi.

Yubileydəki ağlasığmazlıq

İngiltərənin "The Economist" nəşrinə verdiyi müsahibədə Makron Avropanın əsas transatlantik tərəfdaşı olan ABŞ-ı da tənqid edib. Onun sözlərinə görə, alyans yalnız "sonuncu instansiyanın zəmanəti" sayəsində mövcuddur. "Biz alyansın Birləşmiş Ştatlara sadiqliyi fonunda NATO-nun reallıqlarını yenidən qiymətləndirməliyik", - deyə o, bildirib.

Beşinci Respublikanın başçısı, Donald Trampın ötən il müdafiə xərcləri ilə əlaqədar tənqidlərlə tərəfdaşlara hücum edərək necə az qala sammitin işini pozmağa çalışdığını xatırladıb. Bundan sonra o, tərəfdaşları təşkilatdan tamamilə çıxmaqla hədələyib.

"S-400"ləri anbarda toz basması üçün almamışıq – Çavuşoğlu

Amerika KİV-ləri Pentaqondakı mənbələrə istinadla xəbər verir ki, Tramp alyansın büdcəsini 22 faizdən 16 faizədək ixtisar etməyə hazırlaşır. Qənaət edilmiş vəsaitlərin Gürcüstan və Ukraynaya yardım kimi göndərilmə ehtimalı var ki, bu da blokun maraqlarına uyğundur.

Makronun sözlərinə görə, Tramp "Avropa layihəsi" ideyasını bölüşməyən yeganə Amerika lideridir. O qeyd edib ki, bütün bunlar Avropa Çinin yüksəlişinə, Rusiya və Türkiyədəki avtoritarizmə dönüşün və daxili qeyri-sabitliyin əleyhinə çıxanda baş verir. "Bu beş il əvvəl ağlasığmaz idi", - deyə Makron bildirib.

"Birlik getdikcə daha çox sual altına düşür və təhlükəsizliyi təmin edən bir alyans olaraq yaddan çıxır", - Sankt-Peterburq Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Natalya Yeryomina RİA Novosti-yə bildirib. 

"Bir tərəfdən, NATO dünyanın ən böyük hərbi-siyasi bloku olaraq qalır, lakin təşkilatın daxilində bir çox fərqli maraqlar kəsişir. Nə qədər ki, birmənalı xarici siyasət, geosiyasi vəziyyət vardı, iki ideoloji düşərgə arasında qarşıdurma yox idi, alyans vahid idi, maliyyə resursları ilə bağlı suallar yaranmırdı, səlahiyyət bölgüsü yox idi, ABŞ şəriksiz lider idi.", - deyə ekspert bildirib. İndi isə hər şey fərqlidir.

Türkiyə-NATO münasibətlərində yeni qalmaqal: Bu dəfə məsələ "S-400" deyil

Türk faktoru

Sammitin vacib mövzularından biri Türkiyədir. Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan yanan ocağa yağ töküb. O, Yelisey sarayının sahibinə "sən" deyə müraciət edərək Parisin təşkilat üçün əhəmiyyətini şübhə altına alıb.

"Bilmirəm, NATO üçün Fransa nə deməkdir, amma Türkiyə alyans üçün çox vacibdir. Makron NATO-nun beyin ölümü barədə danışıb. Hörmətli Makron, sən əvvəl öz beynini yoxla, çünki belə sözləri yalnız sənin kimi beyni ölmüş adamlar danışır", - deyə Ərdoğan bildirib.

NATO-ya irad bildirərkən Makron, digər məsələlərlə yanaşı, Amerika qoşunlarının Suriyanın şimal-şərqindən çıxarılmasını və Vaşinqtonun bölgədəki kürd müttəfiqlərindən faktiki olaraq imtina etməsini nəzərdə tutub. Bu, Avropa tərəfdaşları ilə razılaşdırılmayıb və türk qoşunlarının Suriyanın şimalına hücum etməsinə səbəb olub.

Ankarada müttəfiqlərin Türkiyə ordusunun hərəkətlərinə maneə törətmək cəhdlərinə cavab olaraq, Türkiyənin kürdlərə qarşı əməliyyat keçirməsinə icazə verilməyincə, Polşa və Baltikyanı ölkələri Rusiyadan qorumaq planını dəstəkləməyəcəklərini bəyan ediblər. Amerika "Patriotları"nın əvəzinə Rusiyanın S-400 raketdən müdafiə sistemlərinin alınmasının Vaşinqtonda hansı qəzəbi doğurduğu yaxşı məlumdur.

"S-400" məsələsi aprelə qədər çəkəcək – Ərdoğan sirləri açdı

Dmitri Danilovun sözlərinə görə, Türkiyə təşkilatın daxilindəki fikir ayrılıqlarının vacib bəndidir. "Türklər öz fikirlərini ifadə edərkən bildiriblər ki, NATO qabaqcadan götürdüyü öhdəliyi yerinə yetirməli və təkcə şərq cinahlarının deyil, bütün müttəfiqlərin təhlükəsizliyini nəzərə alaraq kollektiv müdafiəni təmin etməlidir", deyə o, vurğulayıb. Ankara alyansın Şərqdəki potensialı və əməliyyat fəaliyyətini gücləndirmək səylərini əngəlləməyə hazırdır.

"Bu çox ciddidir, çünki burada bir çox problem var: Rusiya ilə münasibətlər, Avropa-ABŞ-Türkiyə üçbucağı və prinsipcə NATO-nun hərbi planlaşdırması, Ankaranın əvəzedilməz müttəfiqi olduğunu nəzərə alaraq, bu düyünün necə çöxüləcəyi hələ aydın deyil", - deyə agentliyin həmsöhbəti əlvə edib.

Çin, kosmos və terrorizm

Şimali Atlantika Alyansına üzv ölkələrin liderlərinin kosmosu yeni bir əməliyyat sahəsi olaraq tanıması gözlənilir.

Bu, təkcə hərbi-texniki sahə ilə bağlı deyil. Danilovun fikrincə, məsələ ondadır ki, kosmik sistem həm indi, həm də gələcəkdə Birləşmiş Ştatlar tərəfindən təmin ediləcək.

"Bizim problemimiz Çin deyil" - Tramp

"Ciddi transatlantik ziddiyyətlər fonunda belə bir qərarın qəbul edilməsi, yəqin ki, Avropa üçün Vaşinqtonun strategiyasından daha çox asılılıq demək olardı", - deyə ekspert vurğulayıb.

Çinin yüksəlməsi diqqətdən yayınmayacaq strateji bir məsələdir. Pekinin dünya səhnəsindəki mövqeyinin güclənməsi, Atlantikanın bütün tərəflərindəki NATO ölkələrini narahat edir. ABŞ Çini təhlükəsizliyə əsas təhdidlərin siyahısına saldı və AB ÇXR-ni strateji və iqtisadi rəqib kimi tanıdı.

Sammitdən əvvəl beynəlxalq terrorizm də özünü xatırlatdı. Noyabrın 29-da iki Kembric məzunu London körpüsündə bıçaqla silahlanmış ekstremistin əlində öldü. İyirmi səkkiz yaşlı qatil terrorçuluqda ittiham edildi, ancaq bir il əvvəl onu vaxtından qabaq sərbəst buraxdılar.

Nataliya Yerominanın dediyinə görə, görünür, ciddi təhlükə ilə mübarizədə birləşmək olar. Ancaq Moskva ilə ideoloji qarşıdurma səylərin birləşdirilməsinə mane olur.

Rusiya - Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir - Məmmədyarov

Rusiya təhdid olaraq qalır

“Məhz Rusiya effektiv şəkildə islam radikalizminə, xüsusilə də Suriyada qarşı çıxa bilir. İstər-istəməz təhdid yaradan ölkə ilə əməkdaşlıq etməli olacaqsınız”, - agentliyin həmsöhbəti əlavə edib. Lakin NATO-nun içərisində olduğu ideoloji çərçivələr buna mane olur.

Bundan başqa, blok özü tərkibcə daha da müxtəlifləşib. “Alyansa Qərbi Avropanın ideologiyasına bir çox hallarda uyğun gəlməyən tarixi təcrübəsi olan keçmiş sosialist düşərgəsinin ölkələri daxil olub”, - Yeryomina qeyd edib. Bu ölkələr Vaşinqtonla daha sıx əməkdaşlıq etməyə çalışırlar, avropalı liderlər isə əksinə, təhlükəsizlik məsələlərində daha çox azadlıq istəyirlər.

Dmitri Danilov da bu fikirlə razılaşır. “İdeologiya Rusiyanın təhdid olması haqqında fikri dəyişdirməyə imkan vermir, çünki qərar ümumi olmalıdır, o cümlədən praktik əməkdaşlıq baxımından”, - o deyib.

Ekspert xatırladır ki, ötən sammitdə Amerika lideri NATO-nun təşkilat kimi anti-terrorçu koalisiyaya qoşulmasına təkid edib. İndi isə fransalı lider Rusiya təhdidinin şişirdildiyini deyir. Daha ciddi çağırışlar var – elə terrorçuluqla mübarizənin özü. Makronun fikrincə, bu vəziyyətdə Rusiya olmadan qarşılıqlı əlaqə demək olar ki, mümkün deyil.

Moskva üçün hazırkı vəziyyət birmənalı deyil. Bir tərəfdən, ziddiyyətlər anti-Rusiya isteriyasına kömək edir. Digər tərəfdən, alyansın problemləri yarananda, Rusiya da müəyyən istiqamətlərlə aktora – dünya siyasətində əsas oyunçuya çevrilir.