CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha iki tələbənin vəziyyəti pisləşib

Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Bakıda daha iki tələbənin vəziyyəti pisləşib.

BDU-nun zəhərlənən tələbələri ilə bağlı yeni xəbər

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub. Həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Qeyd edək ki, öncə hadisənin Bakı Dövlət Universitetinin yataqxanasında olduğu bildirilsə də, son məlumata görə, tələbələr kirayə evdə yaşayırlar.