İDMAN

Azərbaycanın keçmiş baş məşqçisi həbs olundu

Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə cəzanı azaldıb.
Sputnik

BAKI, 3 dekabr — Sputnik. Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher pedofiliyaya görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Şirkət rəhbərinin fırıldağı üzə çıxdı, sərnişin avtobuslarına həbs qoyuldu

Sputnik Azərbaycan xəbər verir ki, ikiqat Olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.

Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə cəzanı azaldıb. Zayzenbaher isə özünü günahkar hesab etməyib və bildirib ki, bu, ona qarşı qurulan plandır. Onun appelyasiyaya müraciət etmək imkanı hələ də var.

Qeyd edək ki, Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-ci ildə başçılıq etməyə başlayıb, lakin 2014-cü ildə postunu tərk edib. Avstriyalının başçılığı altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu olub. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət ediblər. Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.