SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN başçıların görüş yeri məlum oldu

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutacaq.
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi açıqlanıb. Bu barədə məlumat Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçivəsində baş tutacaq.

Xatırladaq ki, Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.