Rusiyanın futbol üzrə milli komandası 2020-ci il Avropa çempionatının qrup mərhələsində çıxışını Belçika komandası ilə oyunla başlayacaq. Bu barədə Buxarestdə baş tutmuş püşkatma zamanı məlum olub.
B qrupunun oyunu iyunun 13-də Sankt-Peterburqda baş tutacaq.
Şənbə günü Buxarestdə keçirilmiş püşkatmanın nəticələrinə görə B qrupunda oynayacaq bütün dörd komanda artıq məlumdur. Bundan əlavə, qrupun oyunlarının cədvəli bəlli olub.
B qrupunun oyunlarının tam təqvimi bu şəkildədir:
13 iyun
Danimarka - Finlandiya (Kopenhagen),
Belçika - Rusiya (Sankt-Peterburq),
17 iyun
Finlandiya - Rusiya (Sankt-Peterburq),
18 iyun
Danimarka - Belçika (Kopenhagen),
22 iyun
Danimarka - Rusiya (Kopenhagen),
Finlandiya - Belçika (Sankt-Peterburq).
AVRO-2020 gələn il iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində - Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək. Turnirin final mərhələsində ikinci dəfə (birinci dəfə bu dörd il əvvəl baş verib) altı qrupa bölünmüş 24 komanda iştirak edəcək. Bakıda dörd qarşılaşma - “A” qrupunun üç oyunu, həmçinin dörddəbir final oyunlarından biri keçiriləcək.