SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Ukraynaya səfərini təxirə saldı – Kiyevin istəyi ilə

Bundan əlavə, Gürcüstan Prezident Administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Tbilisiyə səfər edəcəyinə dair məlumatı da təkzib edib
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna tərəfinin xahişi ilə noyabr ayında Kiyevə planlaşdırılan səfərini təxirə salıb. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Zurabişvili Ukraynaya gələn il səfər edəcək. Bundan əlavə, Gürcüstan Prezident Administrasiyası Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Tbilisiyə səfər edəcəyinə dair məlumatı da təkzib edib.

Qeyd edək ki, daha əvvəl Zurabişvili bu ilin mayında Ukraynaya səfər edərək Zelenskinin andiçmə mərasiminə qatılıb.