SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polyak öz yerini belçikalıya təhvil verdi

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə "Avropa" binasında keçirilən mərasim zamanı səlahiyyətlərini Şarl Mişelə təhvil verib.
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Belçika Federal hökumətinin Baş Naziri Şarl Mişel Avropa İttifaqı Şurasının yeni rəhbəri olub. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Məlumata əsasən, cümə günü Avropa İttifaqı Şurasının sədri Donald Tusk Brüsseldə "Avropa" binasında keçirilən mərasim zamanı səlahiyyətlərini Şarl Mişelə təhvil verib.

Mişel öz səlahiyyətlərinin icrasına 1 dekabr 2019-cu il tarixindən başlayacaq.