İDMAN

Məşhur klubun baş məşqçisi istefaya göndərildi

Verilən qərar klubun istənilən səviyyəyə çatmamasına görə qəbul olunub. Klubun baş məşqçisi postuna müvəqqəti olaraq Freddi Yunberqə tapşırılıb.
Sputnik

BAKI, 29 noyabr — Sputnik. "Arsenal" futbol klubunun rəhbərliyi baş məşqçi Unay Emerini istefaya göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Klubun rəsmisi Coş Kroenke baş məşqçiyə minnətdarlığını bildirib: "Biz Emeri və onun məşqçi heyətinə dərin minnətdarlığımızı bildiririk. Onlar komandanın mötəbər yarışlara geri dönüş etməsi yolunda çox çalışıdılar. Biz onlara gələcək karyeralarında uğurlar diləyirik".

Verilən qərar klubun istənilən səviyyəyə çatmamasına görə qəbul olunub. Klubun baş məşqçisi postuna müvəqqəti olaraq Freddi Yunberqə tapşırılıb. "Biz tam əminik ki, Freddi komandanın irəli getməsinə yardımçı olacaq. Yeni baş məşqçi axtarışları isə davam edir".

Qeyd edək ki, Unay Emeri ötən ilin may ayında "Arsenal" klubuna baş məşqçi təyin edilmişdi.