Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 28 noyabr – Sputnik. Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikasına görə, parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.
Ə.Əhmədov qeyd edib ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.