Macarıstan da "Avroziya"-dan imtina etdi

2020-ci ildə "Avroviziya"-da iştirak əvəzinə qurum Macarıstan pop musiqisinin istedadları tərəfindən yaradılan dəyərli əsərləri dəstəkləyəcək
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Macarıstan "Avroviziya-2020" musiqi yarışında iştirak etməmək barədə qərar qəbul edəcək. Bu barədə "The Guardian" nəşri öz mənbələrinə istinadən xəbər verir.

"Avroviziya təmsilçiləri" Bakı toyunda bir araya gəldilər - VİDEO

Mənbə qeyd edib ki, musiqi yarışmasından imtina etmək barədə rəsmi olaraq məlumat verilməyib, lakin hesab olunur ki, bu qərar LGTB-yə qarşı ritorikanın kəskinləşməsi fonunda qəbul olunub.

"Mən təəccüblənmədim. Bu MTVA-ya (Macarıstan İctimai Telekanalı) görə baş verir", - deyən mənbə qeyd edib ki, LGTB hüquqlarının pozitiv şəkildə işıqlandırılması media holdinqdə müsbət qarşılanmır.

MTVA nəşrin sorğusuna cavab olaraq bildirib k, 2020-ci ildə "Avroviziya" da iştirak əvəzinə qurum Macarıstan pop musiqisinin istedadları tərəfindən yaradılan dəyərli əsərləri dəstəkləyəcək.